Xəbər lenti

“Adam” filminin istehsalatı başa çatdı (VİDEO)
Sənət09:16 10.08.2018

“Adam” filminin istehsalatı başa çatdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zen Film (Azərbaycan) və Alfeka (Türkiyə) şirkətininin birgə istehsalı olan "Adam” filminin istehsalatı başa çatıb. 
Qaynarinfo-nun məlumatına görə, film 1981-ci ildə Xəzər dənizinin yüksəlməsi nəticəsində adaya çevrilən Kürdilidə illərdir ki, tək yaşayan rus mənşəli azərbaycanlı Vitali Pronin haqqındadır.
Quruluşçu rejissoru Emil Əli, prodüsserləri Qan Turalı (Zen Film) və Ali Araz (Alfeka), icraçı prodüsseri Fuad Cəfərov olan "Adam” filminin çəkilişlər Neftçala rayonun Kürdili adasında, post-prodakşnı isə Türkiyədə həyata keçirilib.
"Adam” filminin müxtəlif festivallarda nümayişi nəzərdə tutulub.