Xəbər lenti

Ağdamda ağır qəza – 2 ölü, 5 yaralı
Ölkə05:46 10.09.2014

Ağdamda ağır qəza – 2 ölü, 5 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gecə Ağdam rayonu ərazisində ağır yol qəzası baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Yerli sakinlərin verdiyi xəbərə görə, rayonun Quzanlı qəsəbəsində 3 minik avtomobili toqquşub. Nəticədə bir nəfər qəza baş verdiyi yerdə, bir nəfər isə xəstəxanada həyatını itirib. 

Qəza zamanı müxtəlif dərəcəli xəsarə alan yaralılar öncə Ağdam, daha sonra Bərdə şəhər xəstəxanasına yerləşdiriliblər. 

Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. 

Qaynar.info