Xəbər lenti

Ağdamda buldozer minaya düşdü
Ölkə14:54 27.03.2022

Ağdamda buldozer minaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağdamda körpü-bina tikinti texnikası minaya düşüb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə yeni inşa edilməkdə olan Ağdam-Füzuli yolunun Ağdam rayonunun işğaldan azad olunmuş Yusifcanlı kənd ərazisindən keçən hissəsində baş verib.
Kürdəmir rayon sakini 1991-ci il təvəllüdlü Məmmədov Xalid Asif oğlunun idarə etdiyi "LiuGong" markalı buldozer erməni hərbi birləşmələri tərəfindən basdırılmış minaya düşüb. Buldozer yararsız hala düşsə də, sürücü xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.