Xəbər lenti

Ağdaşda bədbəxt hadisə - Darvaza ustanın üstünə aşdı
Ölkə15:40 29.03.2016

Ağdaşda bədbəxt hadisə - Darvaza ustanın üstünə aşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağdaş sakini bədbəxt hadisə nəticəsində ağır bədən xəsarəti alıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 15:00 radələrində Ağdaş şəhərində rayon sakini, 1958-ci il təvəllüdlü Məhərrəmov Məhərrəm Məhyəddin oğlu darvazanın altında qalıb. Bildirilir ki, M. Məhərrəmov dəmir darvazanı quraşdırarkən ehtiyatsızlıq edib və külək ağır darvazanı onun üzərinə aşırıb.

Hadisə zamanı boyunu sınan və ağır kəllə-beyin travması, sınıq xəsarətləri alan M. Məhərrəmov huşunu itirib. Ağdaş rayon su-kanal idarəsinin çilingəri olan M. Məhərrəmov ölümcül vəziyyətdə Ağdaş Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info