Xəbər lenti

ADP-çi gəncin cəriməsi ictimai işlə əvəz edildi
Ölkə18:49 08.05.2013

ADP-çi gəncin cəriməsi ictimai işlə əvəz edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Binəqədi məhkəməsi aksiyada iştirak etdiyinə görə 500 manat cərimə edilən ADP gənclər təşkilatının sədri Cəmil Hacıyevin 220 saat ictimai işlərə cəlb edilməsi haqqında qərar qəbul edib.

Bu barədə məlumatı ADP-çi gəncin özü Facebook səhifəsində verib. Onun yazdığına görə, könüllü ödəmə müddətinin başa çatmasına 3 saat qalmış məhkəmə icraçısı dəyişdirilib. Hakim buna etiraz etsə də, sonra üzərindən keçməyə üstünlük verib. Hakim məhkəmə icraçısı Orxan Həsənova bildirib ki, könüllü ödəmə müddəti 3 ay keçdikdən sonra icraata keçilməlidir. Lakin saat hesabı ilə Cəmil Hacıyevin könüllü ödəniş müddətinin bitməsinə üç saat qalıb. Bütün bunlara baxmayaraq, məhkəmə cərimənin ictimai işlərlə əvəz edilməsi haqqında qərar qəbul edib.


Məhkəmə açıq keçirilsə də, ADP gənclər təşkilatının fəallarına iclasda iştirak etməyə icazə verilməyib.

Qaynar.info