"Artıq 4 ildir ki, nə hərəkat, nə də partiya olaraq Səxavət Əlisoy adlı üzvümüz yoxdur".
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokratiya və Rifah Hərəkatı Partiyasının sədri Qubad İbadoğlu müavini Səxavət Əlisoyun istefasından danışarkən deyib.
Onun sözlərinə görə, Səxavət Əlisoy hərəkatda olarkən - 2018-ci ildə sədr müavinliyindən istefa verib: "Səxavət Əlisoy hərəkatın 2019-cu ilədək üzvü olub, sonra hərəkatla əlaqəsini də tamamilə dayandırıb. 2021-ci il oktyabrın 17-dən isə ADR Partiyası yaranarkən üzvlük üçün müraciət etməyib. Partiyanın elə bir üzvü yoxdur. Hərəkat da partiya yaranandan fəaliyyət göstərmir".
"O zaman niyə ünvanınıza belə ittihamlar səsləndirib" sualına Qubad İbadoğlunun cavabı belə olub: "Əgər üzv olmayan şəxs üzv kimi "istefa" verirsə, ondan sonrası maraqlı deyil".
Qeyd edək ki, Səxavət Əlisoy bu gün ADR-dən Azərbaycan Demokragiya və Rifah Hərəkatı Partiyasından istefa verdiyini açıqlayıb və Qubad İbadoğlunu
tənqid edib.
Bahar Rüstəmli