Adriano Çelentano həyatı boyu bir dəfə - gözəl Klaudiya Mori ilə evlənib.
Hələ 1963-cü ildə "One Strange Type" (Qəribə tip) filminin çəkiliş meydançasında Klaudiya Morinin gözəlliyinə heyran olan Andriano Çelentano onunçün əldən-ayaqdan getməyə başladı. Lakin onun təzyiqi aktrisanı yalnız qorxuda bildi.
Bir dəfə çəkiliş zamanı Klaudiya təsadüfən qısaqapanmaya səbəb olub. Çatlayan plafondlardan birinin parçalarından biri Çelentanonun üzünü kəsib. Qorxuya düşən Klaudiya üzrxahlıq edərək aktyorun yanına gəlib. Andriano özünü itirməyib və dərhal qızı görüşə dəvət edərək razılığını alıb.
Çəkilişdən sonra cütlük ayrılsa da, Çelentanonun hissləri daha güclənib. Klaudiyanı öz çıxışına dəvət edərək ona sevgisini səhnədən etiraf edib. Bundan sonra onların eşq macərası yeni güclə davam etməyə başlayıb. 1964-cü il iyulun 14-nə keçən gecə onlar gizli şəkildə evləniblər. Lakin sevgililər arasında yaranan mübahisə səbəbindən toy az qala təxirə salınacaqmış. Klaudiya Adrianonun qalstukunu bəyənməyibmiş (İtalyan ehtirası!).
Daha sonra Klaudiya uşaqları və əri ilə daha çox vaxt keçirmək üçün aktrisa və müğənni kimi karyerasını bitirmək qərarına gəlib. Məhz Klaudiya Çelentanonun dikbaş, ehtiyatsız və qəddar qadınbaz obrazını yaradıb ki, bu da ona dünya şöhrəti gətirib. Heyranları sözün əsl mənasında dəliyə dönərək Çelentanonun əsirinə çeviriliblər.
Adriano iyirmi illik ailə həyatından sonra "Fırıldağın əhliləşdirilməsi" filmində tərəfmüqabili Ornella Muti ilə münasibət qurur. Əlbəttə, bu cür gözəlliyə hansı kişi müqavimət göstərə bilərdi? Amma o, tezliklə özünə gəlib, tövbə edir və ailəsinin yanına qayıdır.
Hazırda, cütlük Milanın ətrafındakı mülklərində yaşayır, praktiki olaraq sosial həyatda iştirak etmir, qalmaqal və dedi-qoduların iştirakçısı olmurlar. Uşaqlar çoxdan böyüyüb, artıq əllidən yuxarı yaşları var. Hərəsi özünə bir peşə seçib və övladlarını böyüdürlər. Adrianonun artıq 85, Klaudiyanın isə 79 yaşı var və onlar bir-birinin yanında çox rahatdırlar. Birlikdə yaşamaq yalnız onların birliyini gücləndirib.
Klaudiya dəfələrlə Adrianonu özünün tanıdığı ən maraqlı insan adlandırıb. Çelentano isə ürəyinin həmişə yalnız Klaudiya Moriyə aid olduğunu deyir. Uğurlu səhnə dueti 59 ildir birlikdə olan, bir-birini sevən gözəl cütlük kimi yadda qalıb!
Mənbə: Kulturologia
Təecümə: Alpər
Şərhlər