Xəbər lenti

“AFB Bank” kredit faizlərini artırıb
Ekonomiks 13:46 23.01.2024

“AFB Bank” kredit faizlərini artırıb

"AFB Bank” yanvarın 22-dən etibarən kredit faizlərini artırıb.

Valyuta.az bu barədə banka istinadən xəbər verir. Məlumata görə, "AFB Bank” nağd pul kreditini 2% bəndi bahalaşdıraraq 13,99%-ə çatdırıb. Bundan əvvəl, bu kredit müştərilərə 11,99% şərtilə təklif edilirdi. 

Bank nağd pul kreditini rəsmi gəliri olan şəxslərə və təqaüdçülərə  3-48 ay müddətinə təklif edir. Kredit məbləği isə 300-30 min manat arasında dəyişir. 

Xatırladaq ki, "AFB Bank" 2008-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 70,4 milyon manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova, 0,18%-i Cəmil Tahir oğlu Muradova, digər 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->