Xəbər lenti

AFFA Əmir Ağayevlə bağlı FIFA-ya müraciət etdi
İdman10:17 22.08.2020

AFFA Əmir Ağayevlə bağlı FIFA-ya müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA Yunanıstanın "Atromitos" klubunda çıxış edən futbolçu Əmir Ağayevin Azərbaycan milli komandasında çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə qurum rəsmi saytında məlumat verilib.
Bildirilir ki, futbolçunun millimizin təlim-məşq toplanışına çağırılması ilə bağlı AFFA-dan "Atromitos" klubuna rəsmi dəvət göndərilib. FIFA-nın müvafiq komissiyasında Əmir Ağayevlə bağlı müraciətə növbəti həftə baxılacaq.
Mövcud qaydalara əsasən, ölkə xaricində çıxış edən hər hansı futbolçunun milli komandaya dəvət olunması üçün müraciət kluba toplanışın başlanma tarixindən ən azı 10 gün əvvəl göndərilməlidir.