Xəbər lenti

AFFA-nın qərarı Fazil Mustafanı sevindirdi
İdman20:36 19.10.2014

AFFA-nın qərarı Fazil Mustafanı sevindirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postuna Mahmud Qurbanovun gətirilməsinə sevindim. Azərbaycan futboluna xidmətləri olan, milli komanda təcrübəsi olan, təvazökar bir insandı". Qaynar.info xəbər verir ki, bu sözlər millət vəkili Fazil Mustafaya məxsusdu.

Deputat "Facebook" səhifəsində yığmanın müvəqqəti olaraq Mahmud Qurbanova tapşırılmasına münasibət bildirib: "Onsuz da Azərbaycan millisi indiki şərtlərdə qarşısına yüksək nəticələr qoya bilməz. Əslində millidən umacağımız sabit oyun sisteminin qurulmasıdı. Milli çempionat güclü olmadığına, xaricdə güclü çempionatlarda sabit oynayan futbolçuların yoxluğuna, yerli futbolçuların fiziki hazırlığının zəif olmasına görə onsuz da lazımi səviyyədə milli komandanı formalaşdırmaq çox çətindi. Bununla belə, baş məşqçidə, digər məşqçilərdə ən azı Azərbaycan təəssübkeşliyi olmalıdı ki, bunu da futbolçulara aşlaya bilsinlər. Çünki öz ölkəsinin adına oynamaq futbolçuda ayrı bir qürur hissi olmasını tələb edir". 

Fazil Mustafa jurnalistlərə də söz atıb: "Azərbaycanda tamaşaçı auditoriyasında, idman mediasında da anlayışlı münasibət olmadığı ciddi problemlərdən biridi. Baxın, məşqçi yeni təyin olunub, jurnalist sual verir ki, "yəqin ki, millidə qalıb işləməyinizin Norveçlə görüşdəki nəticədən asılı olduğunun fərqindəsiniz?" Demək ki, azərbaycanlı məşqçiyə bir oyundan o tərəfə beyinlərində fürsət tanımırlar. Foqsa 6 il dözüblər, azərbaycanlı məşqçiyə bir oyunluq tale müəyyənləşdirirlər. Uğursuzluq ola bilər, ancaq bütün hallarda yığmanın başında Azərbaycanlı məşqçi olmalıdı və bizlər də dəstək verməliyik ki, addım-addım uğurlu nəticələr və maraqlı oyun sistemi qura bilsin. Bütün hallarda AFFA rəhbərliyinin bu seçimini təqdir edirəm və Mahmud Qurbanova uğurlar arzulayıram".

Qaynar.info