Dünya 21:43 21.02.2024

Afrikanın ən böyük iqtisadiyyatı ciddi böhranla üz-üzədir

Nigeriya tarixinin ən böyük böhranlarından birini yaşayır. 

Qaynarinfo Nigeriya Milli Statistika Bürosunun məlumatına istinadən xəbər verir ki, yanvar ayında Afrikanın ən böyük iqtisadiyyatında inflyasiya 29,9%-ə çatıb. Bu, 1996-cı ildən bəri ən yüksək göstəricidir.

Ən kəskin qiymət artımı ərzaq məhsulları sektorunda qeydə alınıb. İlin əvvəlindən onların dəyəri orta hesabla 35,41% artıb. Ən çox bahalaşma çörək və taxıl məhsulları, kartof, balıq, ət, meyvə, qəhvə, çay və kakaoda olub.

Milli valyutanın dollara nisbətdə məzənnəsi 2024-cü ilin əvvəlindən 900-dən 1600 Nigeriya Nairasına düşüb.

Nigeriyanın digər problemlərinə rekord səviyyədə dövlət borcunun (2022-ci ilə olan ÜDM-in 38%-i), neft hasilatının azalması, elektrik enerjisinin kəsilməsi və yüksək işsizlik daxildir.

Aydın