Dünya 09:43 21.09.2023

Ağ Ev hesab edir ki, Ukraynaya yeni yardım paketi həyati vacibdir

Ağ Ev hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatını davam etdirə bilməsi üçün Ukraynaya yeni irimiqyaslı yardım paketinin qəbulu həyati əhəmiyyət kəsb edir.

Qaynarinfo "Ukrinform”a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi bildirib.

"Bu əlavə paketin qəbulu çox vacibdir, ona görə də biz Konqres üzvləri ilə əlaqə saxlamağa davam edəcəyik", - o deyib. 

Kirbi Ukraynadakı hadisələrin hazırkı mərhələsini "kritik zaman” adlandırıb və prezident Volodimir Zelenskinin Nyu Yorka səfəri zamanı ABŞ qanunvericiləri ilə danışıqlarının vacibliyini bir daha vurğulayıb.

"Biz düşünürük ki, Konqres üzvləri üçün prezident Zelenskidən onun bu əks-hücumda nə ilə üzləşdiyi barədə eşitmək həqiqətən vacibdir”, - Kirbi vurğulayıb. 

Nizami Bağırov