Xəbər lenti

Ağdərə rayonunun yaradılması Milli Məclisin plenar iclasına tövsiyə edildi
Ekonomiks 12:22 27.11.2023

Ağdərə rayonunun yaradılması Milli Məclisin plenar iclasına tövsiyə edildi

Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qaynarinfo xəbər verir ki, parlamentin Regional məsələlər komitəsinin noyabrın 27-də keçirilən iclasında "Ağdərə rayonunun yaradılması haqqında" qanun layihəsinin müzakirəyə çıxarılıb.

Deputatlar layihə barədə fikirlərini bildiriblər.

Müzakirələrdən sonra yeni qanun layihəsinin parlamentin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, layihəyə əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisi əvvəlki qaydada təşkil olunur.

Suqovuşan qəsəbəsi də yenidən Ağdərə rayonunun tərkibinə verilir, rayonun mərkəzi isə Ağdərə şəhəri olacaq.

Layihədə Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadratkilometr sahənin Ağdərə rayonunun inzibati ərazisinə verilməsi təklif olunur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->