Xəbər lenti

Agentliklə Eldar Mahmudova məxsus olduğu deyilən şirkət arasında müqavilə
Ekonomiks09:10 14.05.2022

Agentliklə Eldar Mahmudova məxsus olduğu deyilən şirkət arasında müqavilə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Məşğulluq Agentliyi "İndigo” MMC ilə satınalma müqaviləsi imzalayıb. 
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 33 369.46 AZN olan müqavilədə mətbəə məhsullarının satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "İndigo” MMC-nin 22 sentyabr 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 4 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Rəsul Rza küçəsi, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Riad Fuad oğludur.
"İndigo” MMC ötən il ölüm hadisəsi ilə gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, "İndigo" mətbəəsində 28 yaşlı gənc işçi faciəli şəkildə həlak olub. Xəyyam Təhməzov adlı gənc Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən mətbəədə kağızları kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan avadanlıqda işləyirmiş. O, iş zamanı qurğunun içində qalan kağızları çıxarmaq məqsədilə baş və əl nahiyyəsini avadanlığın içinə salıb. Və hidravlik pressin arasında qalması nəticəsində xəsarət alaraq ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 
Bu hadisə ilə bağlı yayımlanan materiallarda "İndigo” MMC-nin keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudova və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində hərbi əks-kəşfiyyat idarəsinin rəisi olmuş general Nizami Şirinova məxsus olduğu bildirilirdi.
Məlumatlara görə, şirkətin 3 payçısı var. Onlardan biri məşhur rəssam Tahir Salahovun qohumu olan Salahov Tariel Aftandil oğludur. Digər payçı isə Cavid Babayevə məxsus "Halal" MMC-dir. 
Cavid Babayevlə Tariel Salahov arasında münaqişə var. Buna baxmayaraq, Cavid Babayev təsisçi kimi qalıb. Tariyel Salahov gəncliyində quldurluğa görə məhkum edilib. O, Maliyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşı Xaqani Rzayevin mənzilindən quldurluq yolu ilə oğurluq həyata keçiribmiş.
Şirkətin üçüncü payçısı isə Nizami Şirinovdur. O, əvvəllər "Halal" MMC-də işləyib, daha sonra "İndigo" mətbəəsini yaradıb. Nizami Şirinovun "İndigo”nu yaratmasında Eldar Mahmudovun xüsusi dəstəyi olub. Bu baxımdan, şirkət həm də Eldar Mahmudovun hesab edilir. 
Seyid