Xəbər lenti

Ağır xəstəlikdən əziyyət çəkən Selin Dion pərəstişkarlarına müraciət etdi
Sənət13:26 31.01.2024

Ağır xəstəlikdən əziyyət çəkən Selin Dion pərəstişkarlarına müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əzələ sərtliyi sindromundan əziyyət çəkən müğənni Selin Dion açıqlama verib. 
Qaynarinfo xəbər verir ki, sənətçi "Instagram"da pərəstişkarlarına müraciət edib .
55 yaşlı Selin Dion etiraf edib ki, son bir neçə il onun üçün əsl sınaq olub. Əvvəlcə sənətçi nadir xəstəliyi haqqında öyrənib, sonra onunla yaşamağı öyrənməyə çalışıb. İndi o, sərt əzələ sindromu haqqında sənədli film çəkmək qərarına gəlib.
"Pərəstişkarlarımı görmək üçün nə qədər darıxdığımı başa düşdüm. Uzaqda olanda qərara gəldim ki, həyatımın bu hissəsini sənədləşdirmək, eyni diaqnozu olan digər insanlara kömək etmək üçün bu az tanınan xəstəlik haqqında maarifləndirməyə çalışmaq istəyirəm", Selin Dion bildirib.
2022-ci ilin dekabrında Selin Diona sərt əzələ sindromu adlı nevroloji xəstəlik diaqnozu qoyulub. Bu, nəzarətsiz, ağrılı əzələ spazmlarına səbəb olan mərkəzi sinir sisteminə təsir edən nadir otoimmün hərəkət pozğunluğudur. Müalicə kursu ilə əlaqədar müğənni 40-a yaxın konsertini ləğv edib. Keçən dekabr ayında Selin Dionun bədəninə nəzarəti itirdiyinə dair məlumatlar ortaya çıxıb.
​
Aydın