Xəbər lenti

Ağstafadan Bakıya qədər qaçacaq
İdman11:57 01.05.2023

Ağstafadan Bakıya qədər qaçacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gənclər və İdman Nazirliyi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ultra marafon yürüşü təşkil edəcək.
Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, yürüş Ağstafa-bakı marşrutu üzrə olacaq. Azərbaycanda, eləcə də ölkəmizdən kənarda təşkil olunan bir sıra yürüşlərdə iştirak etmiş Ağa Əliyev 5 gün ərzində 465 km-lik məsafəni qət edəcək.
Əliyev artıq tibbi yoxlamadan keçərək yürüşə başlayıb. O, ilk mərhələdə Ağstafadan Gəncəyə kimi olan 96 km-lik məsafəni qət edəcək. Marşrutun növbəti dayanma məntəqələri Yevlax, Kürdəmir və Hacıqabul olacaq.
O, yürüşü Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət etməklə başa vuracaq.
 
Səbuhi Həsənov