Xəbər lenti

Ağsuda bomba həyacanı
Ölkə08:05 04.05.2022

Ağsuda bomba həyacanı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağsuda "məktəbdə bomba var" deyən şəxs saxlanılıb.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 4-də saat 04.50-də DİN-in "102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs "Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu qapadıb.
Dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.
Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı Füzuli Nizamlı tərəfindən edilməsi müəyyən olunub.
O, əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Araşdırma aparılır.