Xəbər lenti

Şah Mat Teatrında premyera olacaq
Sənət11:26 04.05.2022

Şah Mat Teatrında premyera olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 6-da Müstəqil Şah Mat Teatrında dünya şöhrətli alman şair-dramaturqu, mütəfəkkiri Y.V.Hötenin "Gənc Verterin iztirabları” əsərinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq.
Qaynarinfo xəbər verir ki, Şah Mat Teatrının bədii rəhbəri Mir Qabil Əkbərovun amansız teatr üslubunda quruluş verdiyi tamaşada rolları Fərid Vəliyev, Günel İmanova, Cavid Cavadzadə, Fərid Kazakov və Ellada Abdullazadə ifa edəcək.
Xronometrajı bir saat olan səhnə əsərinin ssenari müəllifi Mirtalib Həsənov, quruluşçu rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Səid Abbasovdur.
Qeyd edək ki, tamaşa 13+ hazırlanıb. Biletləri iticket.az saytından əldə bilərsiniz.