Xəbər lenti

İdman 11:30 05.07.2023

Şahin Diniyev İsrail bazarına xüsusi diqqətin səbəbini açıqladı

"Səbail”in baş məşqçisi Şahin Diniyev komandanın hazırlığından danışıb. 

Mütəxəssis Qaynarinfo-ya açıqlamasında qarşıdakı hədəflər, yeni transferlərlə bağlı fikirlərini bölüşüb.

"Hazırlıqlarımız Bakıda davam edir. Ayın 7-də "Kəpəz”lə yoldaşlıq matçımız var. Ayın 9-da Ərzuruma yollanacağıq. Orada da 16-sı, 19-u və 22-si oyunlarımız olacaq. Ayın 24-ü hazırlıqları tamamlayıb Azərbaycana qayıdacağıq. Çempionata hazırlığımızı Bakıda davam etdirəcəyik”.

Diniyev növbəti mövsümdə daha yaxşı komanda ortaya çıxaracaqları ilə bağlı verdiyi sözün üstündə durduğunu deyib:

"Sözümün üstündə dururam. Əlbəttə, ötən mövsümdəki durumu yaşamamaq üçün daha yaxşı "Səbail” quracağıq. Bu yolda da normal şəkildə işlərimiz davam edir”.

Məşqçi transfer planlarından da danışıb:

"4 transfer oldu. İkisi İsraildən yarımmüdafiəçi, ikisi də portuqaliyadandır. Onlardan biri pleymeykerdir. Hazırda transfer axtarışlarımız davam edir. Yerli transferləri bitirmişik. Daha iki mövqeyə legioner axtarışındayıq”.

Diniyev son zamanlar İsrail bazarına xüsusi diqqət yetirilməsinin səbəblərini də deyib:

"İki səbəb var. Birincisi qiymətlərin uyğun olmasıdır. İkincisi də, məsələn, ölkəyə gələn futbolçulardan Ataa Caber, Kenni Sayef özlərini yaxşı tərəfdən göstərdi. Bu da israilli futbolçuların qapısını açır. Təkcə İsrail deyil, bütün futbolçuları izləyirik və görürük ki, israillilər həm maddi, həm də keyfiyyət baxımından daha çox fayda verə bilərlər, nəinki başqa ölkələrin futbolçuları”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->