Mərhum Şahzadə Diananın ağ quzular arasında bir qara quzu şəkilli sviteri Nyu Yorkdakı Sotheby's hərracında 1,14 milyon dollara satılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC
yazır.
Hərrac təşkilatçıları ilkin olaraq tarixi sviteri 50-80 min dollar qiymətləndiriblər. Sviter üçün qiyabi tender avqustun 31-də açılıb və hərracın ən son dəqiqələrinə qədər ən yüksək təklif 200.000 dollar olub.
Amma sonda ən səxavətli sonuncu alıcı (Sotheby's alıcının kimliyini açıqlamır) ən yüksək təklifdən 5,5 dəfə çox məbləğ təklif edib.
Ağ quzular və aralarında biri qara quzu təsviri olan qırmızı sviteri Diana Spenser 1981-ci ildə Şahzadə Çarlzın nişanlası olan zaman geyinib.
Sotheby's-in yazdığı kimi, sviter bu il, mart ayında çardaqda tapılıb və satmaq qərarına gəlinib. Nəticədə o, Diananın hərraca çıxarılan əşyalarından ən baha satılan olub.
Onun Ford Escort avtomobili keçən il 806 min dollara satılıb.
Onun ametist və brilyantlarla bəzədilmiş "Attala xaçı” bu ilin əvvəlində 203 min dollara satılıb.
Diananın pərəstişkarları tez-tez bildirirdilər ki, o, bu sviteri kral ailəsindəki mövqeyinin simvolu olaraq geyinib. Lakin moda tarixçiləri bunun romantik bir şişirtmə olduğuna əmindirlər: o, bunu şahzadə Çarlzla toyundan bir ay əvvəl geyinib.
Sosial şəbəkələrin və hətta İnternetin olmadığı bir dövrdə qəzetlərdə Diananın bu sviterdə çəkdirdiyi fotoşəkillər bu dizaynı hazırlayan "Harm and Wonderful" şirkəti üçün fantastik reklam yaradıb.
Toydan qısa müddət sonra Bukingem Sarayı "Warm and Wonderful” şirkətinə yazıb ki, sviter daralıb və dəyişdirilməsi lazımdır. Şirkət həmin sviterin yenisini göndərib və Diana onu 1983-cü ildə geyinib.
Nizami Bağırov
Şərhlər