Xəbər lenti

Şahzadə Harri və Meqan Markl Keyt Middletona dəstək mesajı göndərib
Dünya 17:25 23.03.2024

Şahzadə Harri və Meqan Markl Keyt Middletona dəstək mesajı göndərib

Şahzadə Harri və Meqan Markl xərçəng olduğunu öyrəndikdən bir neçə saat sonra Keyt Middletona dəstək mesajı göndəriblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.

"Keyt və ailəsinə sağlamlıq və şəfa diləyirik. Ümid edirik ki, onlar bunu tez bir zamanda geridə qoyacaqlar", deyə susseks hersoqu və hersoginyası bildirib.



Uels şahzadəsi Keyt Middleton cümə günü qarın boşluğunda əməliyyatdan sonra xərçəng diaqnozu qoyulduğunu və indi kimyaterapiyadan keçdiyini açıqlayıb. Yanvarın 16-da Keyt Middleton London klinikalarından birinə yerləşdirilib. Elə həmin gün əməliyyat olunub. Kral ailəsi rəsmilərinin sözlərinə görə, əməliyyat əvvəlcədən planlaşdırılıb. 

Keyt Middleton xərçəng olmasını açıqladığı mesajda onun və ailəsi üçün inanılmaz dərəcədə çətin bir neçə ay olduğunu deyib, ona qayğı göstərən tibbi heyətinə təşəkkür edib.



"Yanvar ayında mən Londonda böyük qarın əməliyyatı keçirdim və o zaman xərçəng olmadığım düşünülürdü. Əməliyyat uğurlu keçdi. Ancaq əməliyyatdan sonra aparılan analizlər xərçəngin olduğunu göstərdi".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->