Xəbər lenti

Şahzadə Harri xərçəngə tutulmuş atası III Çarlzla cəmi yarım saatlıq görüşüb
Dünya 18:50 12.02.2024

Şahzadə Harri xərçəngə tutulmuş atası III Çarlzla cəmi yarım saatlıq görüşüb

Şahzadə Harri xəstə atası Kral III Çarlzla cəmi 30 dəqiqəlik görüşüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun” məlumat yayıb.

Keçən həftə, fevralın 6-da Sasseks hersoqu xərçəng diaqnozu qoyulan III Çarlzı görmək üçün Londona uçub. Şahzadə Harri saat 15:00 radələrində polis müşayiəti ilə atasının evinə gələrkən görünüb. Daha sonra jurnalistlər Hersoq və Kral III Çarlz arasında görüşün bir saatdan az davam etdiyini bildiriblər.

Bununla belə, The Sun-un yazdığına görə, Şahzadə Harri atası ilə cəmi 30 dəqiqə vaxt keçirib. Britaniyalı jurnalist Robert Cobson hesab edir ki, buna səbəb III Çarlzın səhhəti olub. Cobsonun sözlərinə görə, həkimlər çox güman, Böyük Britaniya kralına bədənini çox yükləməməyi tövsiyə ediblər.

"Kral özünü yaxşı hiss etmir, xərçəngin hansı növündən asılı olmayaraq, müalicə olunur. Onun üçün ən yaxşısı ruhun rahatlığıdır”, - deyə Cobson bildirib.

Fevralın 5-də Bukingem sarayının mətbuat xidməti Böyük Britaniya kralı III Çarlzın xərçəng xəstəliyinə tutulduğunu bildirib. Qeyd olunur ki, xəstəliyi səbəbindən monarx ictimai vəzifələrini müvəqqəti olaraq təxirə salacaq. Bununla belə, kral rəsmi sənədləri nəzərdən keçirməyə və dövlət işlərini aparmağa davam edəcək.


Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->