Dünya 17:30 07.12.2023

Aİ Çini Tayvana qarşı güc tətbiq etməkdən çəkinməyə çağırdı

Avropa İttifaqı (Aİ) Pekini Tayvana qarşı güc tətbiq etməkdən çəkinməyə çağırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa İttifaqı-Çin sammitindən sonra Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen müvafiq bəyanatla çıxış edib. 

"Avropa İttifaqı "vahid Çin" siyasətini qətiyyətlə dəstəkləyir və Çini Tayvana qarşı güc tətbiq etməkdən çəkinməyə çağırır", deyə Avropa Komissiyasının rəhbəri bildirib.

Bundan əvvəl bildirilmişdi ki, Çin hakimiyyəti Pekində Avropa İttifaqı ilə sammitin gələcək münasibətlərə şərait yaradacağına və praqmatik əməkdaşlığı gücləndirəcəyinə ümid edir.

Avropa diplomatiyasının rəhbəri Cozep Borrell isə qeyd edib ki, Avropa İttifaqı Tayvanı müstəqil dövlət kimi tanımır, lakin onunla əlaqələri davam etdirməyə tərəfdardır.

Borrell vurğulayıb ki, Tayvanla bağlı hekayədə həm Tayvan, həm də Pekin tərəfindən hədə-qorxu, məcburiyyət və təxribatlara yer olmamalıdır və gücdən istifadə edilməməlidir.

Bununla belə, o qeyd edib ki, Avropa İttifaqı Tayvanla müstəqilliyin heç bir siyasi tanınmasını nəzərdə tutmayan ikitərəfli əlaqələrin tərəfdarıdır və gərginliyi diplomatiya yolu ilə həll etməyə çağırır.

Aydın