Xəbər lenti

Aİ-də çılpaq Al təsvirləri ilə bağlı qalmaqal fonunda
Dünya 15:33 26.01.2026

Aİ-də çılpaq Al təsvirləri ilə bağlı qalmaqal fonunda "Grok"a qarşı daha sərt tədbirlər

Bazar ertəsi, 26 yanvar tarixində Avropa Komissiyası süni intellekt (Al) əsasında fəaliyyət göstərən "Grok" çatbotuna qarşı daha sərt tədbirlər görəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Handelsblatt” nəşrinə üç avropalı rəsmi bildirib.

Həmsöhbətlərin sözlərinə görə, Avropa Komissiyası Rəqəmsal Xidmətlər Aktına (DSA) uyğun olaraq proseduraya başlayacaq. Bununla o, "xAI" şirkətini xüsusilə "X" (keçmiş Twitter) sosial şəbəkəsi vasitəsilə əlçatan olan çat-botu Avropa məkanından çıxarmağa məcbur etmək istəyir.

Süni intellekt əsaslı çatbot istifadəçilərin sorğusu ilə real şəxslərin, o cümlədən yetkinlik yaşına çatmayanların razılığı olmadan onların seksuallaşdırılmış təsvirlərini və videolarını yarada bilir. Daha sonra çat-bot bunları "X" vasitəsilə yayırdı.

Mənbələr qeyd ediblər ki, Avropa Komissiyası əslində prosedura ötən bazar ertəsi başlamaq istəyirdi. Lakin sonra o, prosesi dayandırdı, çünki ilk növbədə ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ətrafındakı vəziyyət fonunda elan etdiyi əlavə gömrük rüsumlarına qarşı öz hərəkətlərini əlaqələndirmək istəyirdi.
 
Xatırladaq ki, Britaniyanın tənzimləyici qurumu olan "Ofcom" İlon Maskın "X" platformasına qarşı araşdırmaya başlayıb. Həmçinin Böyük Britaniya razılıq olmadan saxta intim təsvirlərin yaradılmasını kriminallaşdıran qanun qəbul etməyi planlaşdırır. Avropa Komissiyasının sədri Ursula fon der Leyen də bənzər tədbirlərin anonsunu verib.

Eyni zamanda, Maskın özü daha əvvəl bəyan etmişdi ki, "xAI"ın "Grok" çatbotu tərəfindən yaradılmış hər hansı "çılpaq yetkinlik yaşına çatmayan təsvirləri" barədə məlumatı yoxdur.

Alpər
--> -->