Xəbər lenti

Aİ Ermənistan-Azərbaycan danışıqlarının bərpasına çağırış etdi
Siyasət17:20 13.11.2023

Aİ Ermənistan-Azərbaycan danışıqlarının bərpasına çağırış etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqı (Aİ) Ermənistanla Azərbaycan arasında danışıqların bərpa olunmasına çağırış edib.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borell Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından sonra deyib.
O, Avropa İttifaqı Şurasının sədrinin gördüyü işlər əsasında iki ölkə arasında danışıqların bərpa olunmasına çağırış edib.
"Sülh müqaviləsinin bağlanmasına ehtiyacımız var və vasitəçilik rolumuzu davam etdirmək niyyətindəyik", - deyə Borrell bildirib.