Siyasət 21:02 16.05.2022

Aİ Macarıstanı veto qərarından vaz keçirməyin yolunu tapdı - El Pais

Avropa Komissiyası Macarıstana yeni neft kəmərlərinin tikintisinə pul ayırmağa hazırdır ki, Rusiyaya qarşı neft embarqosunun tətbiqi ilə bağlı vetosunu geri götürsün. 

Qaynarinfo xəbər verir ki, bu barədə "El Pais” öz mənbələrinə istinadən yazıb.
 
Nəşr qeyd edir ki, Macarıstan yeni nəqliyyat infrastrukturu qurulana qədər Rusiyadan neft ala biləcək. Bunun üçün artıq çərşənbə günü REPowerEU planı ilə nəzərdə tutulan maliyyənin yenidən bölüşdürülməsi planlaşdırılır.

Nəşrin mənbələri iddia edir ki, bu plan neft embarqosunu gələn həftədən gec olmayaraq təsdiq etməyə imkan verəcək.

Avropa Komissiyasının fikrincə, Macarıstanın və Rusiya neftindən asılı olan digər ölkələrin ehtiyaclarını ödəmək üçün neft infrastrukturunun modernləşdirilməsi əhəmiyyətli investisiyalar tələb etməyəcək. Bəzi hallarda söhbət Avropa İttifaqının qərbindən və cənubundan yeni interkonnektorların tikintisindən, digərlərində isə mövcud boruların ötürücülük qabiliyyətinin genişləndirilməsindən gedir.

Nizami Bağırov