Aİ-nin Azərbaycanla sərhəddə monitorinq missiyası kifayət qədər səmərəli işləyir.
Qaynarinfo "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan jurnalistlərə bildirib.
"İş davam edir, nümayəndələr vaxtaşırı olaraq Avropa İttifaqı üçün öz hesabatlarını hazırlayırlar", deyə hökumətin iclasından sonra deyib.
Eyni zamanda, XİN-də müşahidəçilərin hər hansı pozuntu qeydə alıb-almaması barədə məlumat yoxdur.
Xatırladaq ki, oktyabrın 17-də Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə Azərbaycanla sərhəddə Ermənistana 40 müşahidəçinin göndərilməsini rəsmən təsdiqləyiblər.
Müşahidəçilər əraziyə gələrək oktyabrın 20-də fəaliyyətə başlayıblar. Missiya iki aylıq nəzərdə tutulub.
Alpər