Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası və Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarının pozulmasını pisləyən hesabatı 2027-ci ilə qədər Bakının Aİ-yə qaz ixracını iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmaq barədə razılaşmanı təhlükə altına qoya bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico”
yazır.
Aİ bu saziş çərçivəsində mülki missiyaya fevralın 20-də başlayıb. O, Ermənistan tərəfində və Ermənistan-Azərbaycan sərhədində monitorinq aparır. Yalnız mülki missiya personalının ümumi sayı təxminən 100 nəfər, o cümlədən 50-yə yaxın silahsız müşahidəçidir.
"Politico” yazır ki, Avropa Parlamentinin 2023-cü ilin yazında dərc edilmiş və Azərbaycanda insan haqlarının pozulmasını pisləyən hesabatı "Bakıda qəzəb doğurur”. Və bu, "Aİ-nin Azərbaycanla qaz müqaviləsinə kölgə salır”.
Qəzetin yazdığına görə, eyni zamanda, sərhəddə Aİ missiyasının işə başlamasından sonra Azərbaycan "xaricdən onun işlərinə qarışma barədə xəbərdarlıq edir”.
Nizami Bağırov