Xəbər lenti

Aİ-nin missiyası Ermənistan MN-in məlumatını təkzib etdi (FOTO)
Siyasət12:32 15.08.2023

Aİ-nin missiyası Ermənistan MN-in məlumatını təkzib etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Avropa İttifaqı missiyasının heç bir patrulu atışma hədəfi olmayıb”.
Qaynarinfo xəbər verir ki, bu barədə qurumun "X” hesabında bildirilib.
Qeyd olunub ki, Aİ Ermənistan- Azərbaycan şərti sərhədində patrul xidməti həyata keçirir:
"Aİ Brüsseli hərbi inkişaflar, o cümlədən məsuliyyət zonamızda baş verən hadisələr barədə məlumatlandırır”.
Qeyd edək ki, bu gün Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Aİ missiyasının patrulunu atəşə tutduğunu iddia edib. Azərbaycan Müdafiə Nazirliyi isə iddianı təkzib edib.