Avropa İttifaqında aprelin 10-da istifadəyə verilən rəqəmsal sərhəd nəzarəti sistemi – "Entry-Exit System" (EES) ilə bağlı mümkün texniki problem aşkarlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Nəşrin adının açıqlanmasını istəməyən britaniyalı əməkdaşı Rumıniyadan Böyük Britaniyaya qayıdarkən ölkənin sərhəd xidməti tərəfindən dindirildiyini bildirib. Buna səbəb Rumıniya polisinin həmin şəxsin guya Şengen zonasında qanunsuz qaldığı barədə göndərdiyi siqnal olub.
Qadına əvvəlki səfərindən sonra, 2026-cı ilin aprelində Amsterdamdan çıxışının sistemdə düzgün qeydə alınmadığı bildirilib. Lakin onun sözlərinə görə, həmin vaxt Amsterdamda özü deyil, əkiz bacısı olub.
Lüksemburq Universitetinin kibersiyasət kafedrasının müdiri və Avropa Parlamentinin EES sisteminin texniki məsələləri üzrə məsləhətçisi Niovi Vavula "Politico"ya müsahibəsində bildirib ki, belə vəziyyət Amsterdamda əkiz bacının məlumatlarının səhv emalı və Rumıniya hakimiyyətinin apardığı yoxlamadakı çatışmazlıqlarla bağlı ola bilər.
Ekspertin sözlərinə görə, Amsterdamdan çıxış zamanı yoxlama EES sistemi hələ tam hazır olmadığı və ya texniki nasazlığın baş verdiyi dövrdə həyata keçirilib. O qeyd edib ki, sözügedən səfər sistemin istifadəyə verilməsindən cəmi iki gün sonra – aprelin 12-də baş tutub.
Niovi Vavula vurğulayıb ki, bu cür hallar "heç də nadir deyil" və bunu digər oxşar şikayətlər də təsdiqləyir.
Bundan əvvəl yeni sistemin fəaliyyətə başladığı ilk günlərdə Avropanın bəzi hava limanlarında sərhəd nəzarəti məntəqələrində uzun növbələrin yarandığı bildirilmişdi.
Aydın
Şərhlər