Xəbər lenti

Aİ Rusiya təhlükəsi qarşısında Moldova və Gürcüstana dəstək verməyə hazırdır
Siyasət17:02 17.05.2022

Aİ Rusiya təhlükəsi qarşısında Moldova və Gürcüstana dəstək verməyə hazırdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqı Ukraynaya olduğu kimi, Rusiya tərəfindən təhlükə yaranarsa, Moldova və Gürcüstana dəstək verməyə hazırdır.
Qaynarinfo "Yevropeyska pravda”ya istinadla xəbər verir ki, Gürcüstanın "Birinci kanal”ına bunu Avropa İttifaqının xarici əlaqələr üzrə Ali Nümayəndəsi Jozep Borrel deyib.
"Gürcüstana mesajımız həmişə olduğu kimidir - biz Gürcüstana çağırışların öhdəsindən gəlmək üçün hər cür kömək edəcəyik. Bilirik ki, Gürcüstan və Moldovanı Rusiya təhdid edir və biz Ukrayna ilə vəziyyətdə olduğu kimi onlara dəstək verməyə hazır olacağıq. Xoşbəxtlikdən Gürcüstan və Moldovada müharibə yoxdur”, - Borrel bildirib.
Borrel əlavə edib ki, ukraynalılar Rusiyaya güclü müqavimət göstərir və hazırda müharibənin nəticələri Rusiyanın gözləntilərini doğrultmur.
"Ukraynalılar Rusiya ordusunun qarşısını alır və biz ukraynalıları silahla dəstəkləməyə davam etməliyik. Bu səbəbdən əlavə 500 milyon avro yardımın ayrılmasını təsdiq edəcəyik", - Borrel bildirib.
Nizami Bağırov