Azərbaycan İdman Akademiyasi "Ultra Technologies" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.
Valyuta.az xəbər verir ki, müqavilə maşın və avadanlıqların satın alınması ilə bağlıdır.
Bağlanacaq müqavilənin maliyyə dəyəri 250.559,43 manatdır.
Qeyd edək ki, "Ultra Technologies" şirkəti 11 aprel 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur. Şirkətin sahibi kimi deputat Tahir Mirkişilinin adı çəkilir.
Deputatla bağlı bioqrafik məlumatlarda onun 2000-2011-ci illərdə "Ultra Computers" MMC-də mühəndis, daha sonra direktor vəzifələrində işlədiyi qeyd edilib. "Ultra Technologies" MMC 2016-cı ilə qədər "Ultra Computers" MMC adı altında fəaliyyət göstərib. Tahir Mirkişili ilk dəfə 2015-ci ildə keçirilən parlament seçkilərində deputat seçilib. Bundan sonra şirkətin direktoru vəzifəsindən gedib. Lakin onun uzun illər "Ultra Technologies"də çalışması şirkətin ona məxsus olması barədə iddialara səbəb olub. Bu barədə mediada da dəfələrlər yazılıb. Qarşı tərəf indiəyək bu iddiaları təkzib etməyib. Tahir Mirkişili Milli Məclisdə 42 saylı Sumqayıt ikinci seçki dairəsini təmsil edir.
Şərhlər