Xəbər lenti

“Ailəmi qurban verdim, peşmanam...“ - Əməkdar artist
Sənət09:11 12.01.2021

“Ailəmi qurban verdim, peşmanam...“ - Əməkdar artist

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ayrılsam da həyat yoldaşımla çox gözəl münasibətim var. Ən çətin günlərimdə birinci ona zəng etmişəm. Həmişə mənə maddi dəstək olub. Heç vaxt kiminləsə dava edib, sözləşmərəm. Üzüyumşaq adamam".
Qaynarinfo xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Hüseynova bacıları" proqramında deyib. Aktrisa bildirib ki, ayrılsa da, həyat yoldaşı hər zaman ona dəstək olub:
"Həyatdır da, alınmadı bizimki. Ailəmi sənətə qurban verdim. Amma dəyməzdi. Qarşı tərəf mənə sərt qadağa qoydu: ya mən, ya ailə. Peşmanam, çünki indi sənət yoxdur: teatr, çəkiliş, yaradıcılıq bitib. Tək qalmışam".
Qeyd edək ki, aktrisanın bu nikahdan bir qız övladı var.