
Bərdə rayonunda ailənin 14-cü övladı dünyaya gəlib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Cəyirli kənd sakini Taleh İsgəndərovun ailəsinin 14-cü övladı olan Günay 2 ay öndə doğulsa da, ailə bunu gizli saxlayıb.
Rayonda sürücü işləyən T. İsgəndərov xəbəri gizli saxlamalarının səbəbini belə izah edib: “13-cü uşaq doğulanda məni mətbuata çıxardılar, dedilər ki, çoxuşaqlı ailə kimi sizə maşın, yataq dəstləri, paltaryuyan veriləcək. Amma vermədilər. Bizi qohum əqrəbanın, dost-tanışın yanında utandırdılar”.Qaynarinfo.Az