XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı (VİDEO)
Ölkə23:52 31.08.2026

Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı (VİDEO)

Ata-anası cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa qaçdı...

Qaynarinfo Xəzər TV-yə istinadən bildirir ki, daha bir erkən nikahın qarşısı alınıb. Amma, bu dəfə hekayənin qəhrəmanı elə ərə verilmək istəyən qız olub. Sentyabrın 20-də toyunun keçirilməsi nəzərdə tutulan 17 yaşlı qız cehiz almaq üçün gedən valideynlərindən qaçıb.

Əvvəl taksiyə minib, sonra sürücüdən onu sığınacağa aparmağı xahiş edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli "Xəzər xəbər"ə bildirib ki, məsələ ilə bağlı ərazi polis orqanında araşdırma aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik.