Xəbər lenti

Akarın açıqlaması Ermənistana havadalıq edənlərə mesajdır (EKSPERT)
Siyasət 12:03 06.05.2023

Akarın açıqlaması Ermənistana havadalıq edənlərə mesajdır (EKSPERT)

"Türkiyə müdafiə nazirinin məlum açıqlaması İrəvan və ona havadarlıq edən Rusiya və Fransa kimi ölkələrə bir mesajdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Türkiyə müdafiə naziri Hulusi Akarın Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların bərpası təhlükəsiznin artdığı barədə səsləndirdiyi fikri şərh edərkən deyib:
 
"Separatçıların cəmləşdiyi əraziləri Azərbaycan öz gücü hesabına qısa zamanda antiterror əməliyyatı ilə təmizləmək gücündədir. Hulusi Akar bu fikirləri Moskvada keçiriləcək görüş öncəsi deyib. Ankara Ermənistana mesaj verir ki, ikili oyun oynamasın, sülh danışıqlarını pozmasınr”.

Həmsöhbətimiz münaqişənin yenidən alovlana biləcəyini düşünmür:
 
"Akarın bəyanatı prosesi sürətləndirməyə hesablanmış addımdır. Amma həmin fikrin arxasında real addımların olacağını düşünmürəm. Azərbaycan məsələ uzanacağı təqdirdə, prosesi digər vasitələrlə həll etməyə çalışacaq. Həmin vasitələr içərisində güc və təzyiq amilləri də var”. 

Qeyd edək ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən iki ölkə arasında yeni eskalasiya təhlükəsinin olduğunu bildirib. O, sülh sazişinin imzalanmamasının bölgədə gərginliyi artırdığını vurğulayıb. "Yekun sənədin imzalanmaması hərbi əməliyyatların bərpası təhlükəsini artırır"-deyə Akar bildirib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->