Xəbər lenti

Akif Təvəkküloğlu yeni vəzifəyə təyin olundu
Ölkə07:43 01.11.2021

Akif Təvəkküloğlu yeni vəzifəyə təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış jurnaist Akif Təvəkküloğluna Azərbaycan Həmkarlar İttfaqları Konfederasiyanda (AHİK) vəzifə verilib. 
Qaynarinfo rupor.az-a istinadla xəbər verir ki, AHİK-in sədri Səttar Möhbalyevin əmri ilə Akif Təvəkküloğlu Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib. 
Akif Təvəkkül oğlu Nəsirov 1962-ci il dekabrın 1-də İmişli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirib. 
1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışıb. 
2006-cı ilədək Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləyib. 
2006-cı ildən 2020-ci ilədək Milli Məclisin mətbuat katibi olub. 
Qeyd edək ki, A.Təvəkküloğlu uzun müddət AzTV-də çalışıb. Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Son təyinata qədər qanunverici orqanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb.
Xatırladaq ki, AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bir müddət əvvəl vəfat edib.