Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsində mühüm rol oynamış türk PUA-larının yaradıcısı Səlcuq Bayraktar sosial şəbəkələrdə maraqlı paylaşım edib.
Qaynarinfo xəbər verir ki, "Baykar Savunma” şirkətinin rəhbəri yeni nəsil "Akıncı” PUA-larının ilk atış sınaqlarının uğurla başa çatdığını bildirib.
S.Bayraktar öz kateqoriyasında ən iri olan PUA-nın hədəfi 100% dəqiqliklə vurduğunu bəyan edib. Paylaşımını "Köklərdən göylərə” şüarı ilə bitirən şirkət rəhbəri "yeni əsərinin” bir deyil, ikiqat alqışa layiq olduğunu da qeyd edib.
.
<iframe allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="" frameborder="0" height="315" src="https://www.youtube.com/embed/jW3CCTnJCJc" title="YouTube video player" width="560" style="max-width: 100%;">
Şərhlər