Xəbər lenti

Aksiya keçirmək istəyən solçular saxlanıldı - Bakıda
Siyasət13:17 01.05.2014

Aksiya keçirmək istəyən solçular saxlanıldı - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda 1 Mayla bağlı yürüş etmək istəyən solçu gəncləri polis saxlayıb.

Qaynar.info xəbər verir ki, bu gün saat 17:00-da "Tarqovi" küçəsində yürüş etmək istəyən gənclərin qarşısı polis zorakılığı ilə alınıb. Bir neçə gənc həbs edilərək, 9-cu bölməyə aparılıb. Hazırda gənclər polis idarəsindədir, əlavə məlumat verilmir.

Xatırladaq ki, bir neçə gündür "Facebook" sosial şəbəkəsində 1 Mayla bağlı "event" yaradılmışdı. Orda deyilirdi ki, əzilənlərin və dünya işçilərinin Beynəlxalq Əmək Günü Sovetlərin dağılması ilə ölkəmizdə sürətli bir şəkildə unutdurulmağa çalışıldı. Əziz xalqımızı bu gözəl bayram münasibətilə 1 May günündə kütləvi tədbirlər keçirməyə və ona sahib çıxmağa, unutmamağa, yeni nəsillərə ötürülməsi üçün qeyd etməyə çağırırıq.

Elkin Xəlilov

Qaynar.info