
Bu gün NİDA-çılara hökm oxunmasından sonra məhkəmə binası qarşısında həbs olunan insanları 22 saylı Nəsimi Rayon Polis bölməsinə aparıblar. Musavat.com NİDA-çıların mәhkәmәsindən sonra saxlananların siyahısını əldə edib.
Həmin siyahını diqqətinizə çatdırırıq:
1. Rəhman Məmmədli
2. Hüseyn Qarasulu
3. Ofa Rәsulzadә
4. Rәsul Mürsәlova
5. Cavid Hacıbәyli
6. Tural Abbaslı
7. Kәmalә Bәnәnyarlı
8. Şamil Beydulla
9. Sarvan Әbdülәzimov
10. Tural İbrahim
11. Türkel Azәrtürk
12. Xalid Qarayev
13. Amid Süleymanov
14. Hacı Zeynallı
15. Orxan Eyyubzadә
16. Sәnan Әlioğlu
17. Orxan Rüstәmzadә
18. Seyran Nәbiyev
19. Kamran
20. Orxan Rza
21. Şәfi Şәfiyev
22. Nicat Mәmmәdbәyov
23. Mirseymur Mәmmәdov
Məlumata görə, 22 saylı Nəsimi rayon polis bölməsinin qarşısında hazırda çoxlu sayda insan toplaşıb.
Aldığımız digər məlumatda bir müddət öncə daha 3 nəfərin polislər tərəfindən saxlanıldığl bildirilir.
Hazırda həmin şəxslərin kimliyini dəqiqləşdirməyə çalışırıq.
***
NİDA-çıların hökmündən sonra gənclər aksiya keçirməyə cəhd edib
Qaynar.info-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə aksiya zamanı 11 nəfər gənc saxlanılıb.
Digər aksiya keçirən gənclər isə ərazidən uzaqlaşdırılıb.
Saxlanılanlar 21-ci və 22-ci polis bölmələrinə aparılıblar.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çı gənclərə oxunan hökmdən sonra narazı gənclər aksiya keçirməyə cəhd edib. ANS PRESS-in məlumatına görə, hazırda aktiv gənclər məhkəmənin yerləşdiyi binanın qarşısında toplaşıblar.
Narazı gənclər NİDA-çılara verilən həbs cəzasından narazılıqlarını bildirirlər. Onlar əllərində gənclərin azad olunmasını tələb edən plakatlar tutublar. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Polislər narazı gəncləri ərazidən uzaqlaşdırmağa çalışır.
Qeyd edək ki, Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çı gənclərin məhkəməsi yekunlaşıb. hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən Şahin Novruzlu 6 il, Məhəmməd Əzizov 7 il 6 ay, Bəxtiyar Quliyev 7 il, Rəşadət Axundov 8 il, Rəşad Həsənov 7 il 6 ay, Zaur Qurbanlı 8 il, İlkin Rüstəmzadə 8 il, Üzeyir Məmmədli 7 il azadlıqdan məhrum olunublar.
Qaynar.info


