Xəbər lenti

Aksiyada saxlanılanlardan 12-si bu gün məhkəməyə çıxarılacaq
Siyasət19:07 06.05.2014

Aksiyada saxlanılanlardan 12-si bu gün məhkəməyə çıxarılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məhkəmədən sonra saxlanılanlardan 12-si bu gün məhkəməyə çıxarılacaq

Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” vətəndaş hərəkətinin üzvləri barəsində hökm elan edildikdən sonra məhkəmə binası qarşısında keçirilən etiraz aksiyası zamanı saxlanılanlardan 12-si bu gün məhkəməyə çıxarılacaq. Musavat.com-un reportyoru Cavanşir Abbasın verdiyi məlumata görə, onların işinə saat 10.00-da Nəsimi rayon məhkəməsində baxılacaq.

Əməkdaşımız məhkəmə qarşısına çıxarılacaq şəxslərin siyahısını da dəqiqləşdirib: Tural Abbaslı, Orxan Eyyubzadə, Orxan, Turan (soyadlarını öyroənmək mümkün olmayıb), Füzuli Ovçuyev, Türkel Azərtürk, Toğrul İbrahim, Kəmalə Bənənyarlı, Şamil Beydulla, Hüseyn Qarasulu, Kamran Zeynalov və Şəfi Şəfiyev.

Musavat.com