Xəbər lenti

Aksiyaya çıxan gənclər həsb edildi
Ölkə09:56 30.12.2013

Aksiyaya çıxan gənclər həsb edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verildiyi kimi, Qarabağ qazisi Zaur Həsənovun intiharına səbəb olmuş məmur özbaşınalığına etiraz məqsədilə dünən şəhərin mərkəzində keçirilmiş etiraz aksiyasında iştirak edənlərin bir qismi saxlanılmış, ancaq ertəsi gün saat onda məhkəməyə gəlmiş şərti ilə sərbəst buraxılmışdılar.

Bu gün onlar Səbayel məhkəməsinə gediblər.

Musavat.com-un reportyoru Cavanşir Abbasın verdiyi məlumata görə, müsavatçılar Cavid Hacıbəyli, Tural Sadıqlı, cəbhəçilər Kəmalə Bənəniyarlı, Bəyim Həsənli, Türkel Əlisoy, Orxan Carçı, bitərəflər Vahid Məcidov, Orxan Eyyubzadə məhkəmə binasına daxil olublar. Onların bir neçəsinə 29 dekabrda 298.2 maddəsi ilə cinayət işi qaldırılıb. Samir Poladova isə artıq 15 sutka həbs cəzası verilib.

Son məlumata görə, Cavid Hacıbəyliyə 16, Orxan Eyyubzadəyə 18, Türkel Əlisoya 15 sutka həbs cəzası; Bəyim Həsənli 400 manat cərimə olunub.

Qaynar.info