Xəbər lenti

Aktrisa mühafizəçilərinin sayını artıracaq - təhdid edilir
Maqazin04:40 23.09.2016

Aktrisa mühafizəçilərinin sayını artıracaq - təhdid edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ancelina Coli və Bred Pitin ayrılmasında səbəbkar olduğu deyilən fransız aktrisa Marion Kotiyyar yenidən gündəmə düşüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, rejissor Gilyem Kanetlə evli olan 41 yaşlı aktrisa təhlükəsizliyini qorumaq üçün mühafizəçilərinin sayını artırmaq istəyir.

Buna səbəb isə Kotiyyarın sosial mediada təhdid mesajları almasıdır. Hazırda ikinci uşağına hamilə olan aktrisa narahatlıq keçirdiyini bildirib.

Qeyd edək ki, Kotiyyar daha öncəki açıqlamasında Ancelina və Bredin barışmasını istədiyini bildirmişdi.

Qaynarinfo.Az