Xəbər lenti

Aktrisanın həkimi: “Gəlin onu qoruyaq”
Ölkə11:03 24.02.2016

Aktrisanın həkimi: “Gəlin onu qoruyaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bundan əvvəl də burda müalicə almışdım, onda əsəblərim tamamilə sakitləşmişdi, sanki başqa dünyaya düşmüşdüm... “

Əsəb sarsıntısı keçirdiyi üçün Günəşli nevroloji sanatoriyasında müalicə alan aktrisa Naibə Allahverdiyeva səhhəti ilə bağlı “Yeni Müsavat”a danışıb. Aktrisa onun barəsində yayılan şayiələrə qarşı hiddətini gizlətməyib:

“Mən burda əsəblərim ilə bağlı müalicə almağa gəlmişəm. Lakin bəzi sənət yoldaşlarım var ki, onlar mənim yenicə dərc olunan müsahibəmin altında müəyyən şərhlər yazırlar. Guya ki, “Naibəyə heç nə olmayıb, o, kurortnu sanatoriyada dincəlir”. Bu qışda, soyuqda guya mən dincəlməyə gəlmişəm (əsəbiləşir).  Bu da mənə pis təsir edir, məni ağlamaq tutur. Biz sənət adamları bir-birimizi qorumaqdansa... Məni kurortda hesab edirlərsə, qoy belə olsun. Xəstələnməyi də adama çox görürlər (kövrəlir). Kurortda dincəlmək istəsəydim, gedərdim xaricdə isti yerdə dincələrdim də... “

Naibə Allahverdiyeva əsəblərinin pozulmasına təsir edən səbəbdən danışmaq istəməyib:

“Bu haqda heç nə demək istəmirəm. Çünki danışıram, sonra onu başqa yerə yozurlar, müəyyən şeylər olur. Biz sənət adamları çox həssas oluruq”.

Aktrisa həkimlərin köməyi ilə müalicə aldıqdan sonra yenidən tamaşaçıların görüşünə gələcəyini deyib:

“Həkimlərdən çox razıyam, xəstəxanadakı insanlara çox yaxşı münasibət bəsləyirlər. Bundan əvvəl də burda  müalicə almışdım. Onda əsəblərim tamamilə sakitləşmişdi, sanki başqa dünyaya düşmüşdüm... 

İnşallah, həkimlərin köməyi ilə müalicə aldıqdan sonra yenə səhnəyə çıxacam”.

Aktrisanın həkimi də məsələ ilə “Yeni Müsavat”a danışıb. Həkim hər kəsi aktrisaya qarşı daha həssas davranmağa səsləyib:

“O, çox böyük stress keçirib, gərgindir. İş, mühit onu çox yorub, bura gəlib ki, bir qədər özünə gəlsin. Naibə xanım hər səhər tezdən gəlib vaxtlı-vaxtında müalicəsini alır. 

Müalicəyə ehtiyacı olan insandır. Gəlin birlikdə onu qoruyaq. Mühit, hər şey onu sıxır. Teatrdan, qohum-əqrəbadan, mətbuatdan ona zənglər gəlir və adi bir xırda element bir də görürsən ona pis təsir edir, çünki çox həssasdır. Əsəbləri də çox gərilib. Gəlin birlikdə ona şərait yaradaq ki, dincəlsin”. 

Qaynar.info