Məşhur aktyor Burak Özçivit “BMV” avtomobilini “Rance Roverə” dəyişib. Bizimyol.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Özçivit yalnız avtomobilini deyil, illərdir istifadə etdiyi 34 BRK nömrəsini də dəyişib.
Aktyor yeni aldığı “Rance Rover” avtomobilinin nömrəsində öz adının yerinə, sevgilisi Fahriye Evcenin adının baş hərflərini yazdırıb. ”Rance Rover”in nömrəsinin hərflərini FR edən Özçivit, 2016 model maşını üçün, tam 1 milyon lirə ödəməli olub. Burak 2015 model “BMV” 5.20 avtomobilini isə, atasına hədiyyə edib.
Qeyd edək ki, “Kara Sevda” serialı sezon finalına çıxdığı üçün, Burak Özçivit sevgilisi Fahriye Evcenlə Fransaya tətilə gedəcək.
Qaynarinfo.az