Red Rok əyalətinə səfəri zamanı məşhur aktyor və musiqiçi Cared Leto ölümdən dönüb.
Qaynarinfo xəbər verir ki, o, hadisə barədə "Twitter"də yazıb, foto və videoları da əlavə edib.
48 yaşlı aktyorun sözlərinə görə, onu ölümdən dağlara birgə getdiyi təcrübəli alpinist xilas edib. "Qırıldı .... Yuxarı baxdım və bir neçə saniyə sonra daşlar kəndiri yarıyacan üzdü və mən təxminən 600 fut (180 metr) yüksəklikdə havadan asılı qaldım. Torpağa necə baxdığımı xatırlayıram", - aktyor yazıb.
O, əlavə edib ki, yenidən qayaya qayıda biləndə adrenalin hiss edib.