Xəbər lenti

Aktyor səhnədə öldürüldü
Sənət17:58 17.02.2016

Aktyor səhnədə öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Faciə Tokionun teatr studiyalarından birində məşq zamanı baş verib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat "Guardian" qəzetində yer alıb.
Məlumata görə, 33 yaşlı aktyor Daiqo Kaşino səhnədə samuray qılıncından aldığı zərbədən həyatını itirib.
Maraqlıdır ki, başqa aktyorlar hadisənin necə baş verdiyini izah edə bilməyiblər.
Aktyorlardan biri qeyd edib ki, onlar bir anda Kaşinonun yerə yıxıldığını  və ağrıdan möhkəm qışqırdığını görüblər.
O da bildirilir ki, təcili yardım gələnə qədər aktyor həyatını itirib. Polis hadisə ilə bağlı istintaq işi başladıb.
Qaynar.info