Xəbər lenti

"Aldanmış hisslər” bağlanıbmı? - Rejissordan açıqlama
Sənət14:53 25.06.2020

"Aldanmış hisslər” bağlanıbmı? - Rejissordan açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ATV-də yayımlanan "Aldanmış hisslər” serialı tətilə çıxıb.
Bunu Qaynarinfo-ya açıqlamasında sözügedən serialın baş rejissoru Faiq Nağıyev "Aldanmış hisslər"in bağlanması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, serial sentyabr ayında tamaşaçıların ixtiyarında olacaq: 
"Serial bağlanılmayıb, tətilə yollanıb. "Aldanmış hisslər" serialının çəkilişləri avqust ayında davam edəcək. Sentyabrda isə serial tamaşaçıların ixtiyarında olacaq. Biz rəsmi şirkətik, bu səbəbdən də çəkilişlərimiz dayanmayacaq. Hazırda iki bədii film üzərində işləyirəm. Onlardan biri "İtmiş mələk", ikincisi isə "Toy tələsi"dir". 
Faiq Nağıyev bildirib ki, onun şikayəti əsasında Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır:
"Mən ondan şikayət etmişəm. Haqqımda məlumatlar yaymışdı. Həmin məlumatlarda işgüzar nüfuza xələl və şantaj vardı. Mən də bununla bağlı Nərimanov Rayon 17-ci Polis Bölməsinə şikayət etmişdim. 17-ci polis bölməsi işi araşdırıb və Nərimanov Rayon Prokurorluğuna təqdim edib. Araşdırma gedir".
Qeyd edək ki, serialın sabiq aktyor Famiz Hüseynov ATV-də yayımlanan "Aldanmış hisslər"in bağlandığını bildirib. O buna aktyorların qonorarının kəsilməsini səbəb göstərib.
Xatırladaq ki, bir müddət öncə ATV telekanalında yayımlanan "Aldanmış hisslər” serialı ilə bağlı qalmaqal yaranmışdı. Serialın aktyoru Famiz Hüseynov rejissor Faiq Nağıyevi aktrisalara iyrənc təkliflər etməkdə ittiham etmişdi. 
Faiq Nağıyev isə aktyorun serialdan uzaqlaşdırmağına sosial şəbəkədə "dövlət əlehinə" yazdığı statusların səbəb olduğunu deyib.
Bahar Rüstəmli