Xəbər lenti

Ali məktəblər hara köçürüləcək? - SİYAHI
Ölkə11:28 15.05.2014

Ali məktəblər hara köçürüləcək? - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təklif olunan ərazilər Ələt, Səngəçal, Zığ, Xocasən, Dübəndi, Sumqayıt və Böyük Şor gölünün ərazisidir

Yeni ali məktəblərin yaradılacağı ərazilərin adları müəyyən edilib. 

ANS PRESS-in məlumatına görə, ali təhsil müəsisələrinin yaradılması üçün nəzərdə tutulan ərazilər Böyük Bakının Regional İnkişaf Planı layihəsində qeyd edilib.

Təklif olunan ərazilər Ələt, Səngəçal, Zığ, Xocasən, Dübəndi, Sumqayıt və Böyük Şor gölünün ərazisidir.

Qeyd edək ki, Böyük Bakının Regional İnkişaf Planı layihəsindəki bu təkliflər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən protokollaşdırıldıqdan sonra Nazirlər Kabinetinə göndəriləcək. 

Qərar təsdiq olunduqdan sonra isə icrasına başlanılacaq.

Qaynar.info