Dünya 22:52 06.02.2024

Alimlər dinozavrın yeni növünü kəşf etdi

Londondakı Təbiət Tarixi Muzeyinin elmi işçisi, professor Pol Barretin rəhbərlik etdiyi paleontoloqlar yeni pterozavr növünün kəşf edildiyini açıqlayıblar. 

Qaynarinfo xəbər verir ki, onun qalıqları Skye adasında (Şotlandiya) aşkar edilib. Bu barədə "Daily Mail" məlumat yayıb.

Qədim heyvan Darvinoptera cinsinə aiddir. Məlumdur ki, Darvinoptera nümayəndələri Yer kürəsində 25 milyon il yaşayıb və bütün dünyaya yayılıb. Yeni növ Ceoptera evansae adlanır. Mütəxəssislərin fikrincə, növlərin nümayəndələri Orta Yura dövründə (təxminən 168-166 milyon il əvvəl) yaşayıblar. Bu dövr pterozavrların təkamülü üçün ən vacib dövr hesab olunur.

Paleontoloqlar qalıqları ilk dəfə 2006-cı ildə Elqol şəhərindəki Skye adasının cənub-qərb sahilində aşkar ediblər. O vaxtdan bəri tədqiqatçılar qrupu, bəziləri tamamilə qayaya gömülmüş sümükləri skan etmək üçün illər sərf edib. Pterozavrın skeleti tam qorunub saxlanmayıb - paleontoloqlar yalnız çiyinlərin, qanadların, ayaqların və onurğanın hissələrini kəşf edə biliblər.

Qeyd olunur ki, Böyük Britaniyada Darvinoptera cinsinə aid dinozavrın tapılması elm adamları üçün sürpriz olub, çünki cinsin əksər nümayəndələri müasir Çin ərazisində yaşayıblar. Bu, Darvinopteranın dünyaya yayılmasının əvvəllər düşünüldüyündən daha sürətli olduğunu göstərir.

Aydın